Ağcabədi polisi evdən çıxan 3 koronavirus xəstəsini saxladı


10:32     28 Noyabr 2020 2020/11/üs_3213090668.jpeg


Ağcabədidə daha 3 COVİD-19 xəstəsi barədə qanunamüvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVİD-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri - E. Vəlili, F. Bəşirov və F. Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib.

Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Ağcabədi RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.





Femida.az

Açar sözlər:

Oxunub: 529