Yemək qazanının qulplarından heroin çıxdı
11:43 28 Noyabr 2020
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Məhkumların yemək və maddi-məişət normaları təsdiq edilib
- Naxçıvanda toylarda yemək verilməyəcəyi iddiaları barədə rəsmi açıqlama
- Göygöldə yeməkxana yanıb
- Karantin rejimini pozan yeməkxana aşkarlanıb
- Ermənistanda əsgərlər acdır -Yemək payı oğurlanıb satılır
- Xoşbulaq kəndində gizli yeməkxanalar aşkarlanıb
- 50 yumurta yemək üçün mərcə girdi - 41-ci yumurtada öldü
- Hansı ət məhsulunu yemək qan qrupunuz üçün faydalıdır? - Mütəxəssislər Açıqladı
- Pomidorla xiyarı birlikdə yemək olmaz – Səbəb və zərəri
- İftar süfrəsində yemək üstündə əlbəyaxa oldular - VİDEO