Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?
11:45 28 Noyabr 2020

“İşğalçı Ermənistanın Qarabağdan çıxarılması Türkiyə- Azərbaycan qardaşlığının gücünü bir daha dünyaya nümayiş etdirdi”.
Femida.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay Plan və Büdcə Komissiyasının iclasında deyib.
“Otuz ildir Qarabağda davam edən Ermənistan zülmünə səssiz qalmadıq, bəzi ölkələr kar və kor olmağı seçdilər. Biz Ermənistanın mülki şəxsləri, şəhərləri bombalamasına susmadıq, hər cür imkanlarla Azərbaycanın yanında olduq”,- deyə F. Oktay vurğulayıb.
Türkiyə Prezidentinin köməkçisi Azərbaycana dəstək verməyə davam edəcəklərini bir daha xatırladıb:
“Şərqi Aralıq, Kipr və Liviya kimi bölgə məsələlərində Türkiyənin güclü duruşu və qardaş Azərbaycana 44 gündə Qarabağın azadlıq müharibəsində verdiyimiz dəstək davam etməkdədir. Son qərarla Türkiyə hərbçiləri azərbaycanlı qardaşlarımızın hüquq və mənafelərini qorumaq üçün ən qısa müddətdə Azərbaycandakı vəzifələrini icra edəcəklər”.
Femida.az
Oxunub: 362
Oxşar xəbərlər
- Türkiyəli istehkamçılar azad olunan ərazilərdə - VİDEO
- Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş torpaqlarıda
- Türkiyəli general Suriyada öldü
- Türkiyəli hərbçilər Hərb Tarixi Muzeyini ziyarət etdi
- Türkiyəli müşahidəçidən seçkilərlə bağlı müsbət rəy
- Türkiyəli yazar “Qarabağ”ın oyunundakı təxribatdan yazdı
- Türkiyəli müğənni azərbaycanlı xərçəng xəstəsi üçün kömək istədi - Foto
- Türkiyəli məşqçi Təbriz komandasının başına keçdi
- Türkiyəli xakerlər erməni vitse-spikerin səhifəsini dağıtdı
- Türkiyəli aparıcı itkin düşən azərbaycanlı qadını tapdı (VİDEO)