Bəzi rayonlarda qaz kəsiləcək
12:00 28 Noyabr 2020

Bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, diametri 1200 millimetr olan “Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi iki gün ərzində təmir işləri aparacaq. Kəmərin 332-ci və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28-i və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.
Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, “Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq “Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur.
Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.
Femida.az
Oxunub: 320
Oxşar xəbərlər
- Bəzi mal-qara və ev toyuqlarının idxalından gömrük rüsumu tutulmayacaq - QƏRAR
- Gömrük xidməti bəzi plastik əşyaların idxalını qadağan edib
- Sabah şimşək çaxacaq, yağış, bəzi yerlərdə qar yağacaq
- Bəzi işlər dövlət sifarişi kimi təsdiq olunacaq
- Bakının bəzi qəsəbələrində su kəsilib
- Bəzi tibb işçilərinin maaşına müddətli əlavənin ödənilməsi müddəti uzadılıb
- Bəzi ölkələrdə benzin və dizelin qiyməti - SİYAHI
- Prezident bəzi hərbçilərin uşaqlarına müavinət verilməsi ilə bağlı qanunu təsdiqlədi
- Sabah havə dəyişkən buludlu olacaq, bəzi yerlərdə güclü külək əsəcək
- Prezident hərbi əməliyyatların bəzi təfərrüatlarını açıqladı