Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir
14:47 28 Noyabr 2020
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir
Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
Femida.az xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.
Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Diplomatlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.
Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.
Femida.az
Oxunub: 603
Oxşar xəbərlər
- Diplomatik korpusların mətbuat attaşeləri Şuşaya gedib
- Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib - SƏRƏNCAM
- Diplomatik korpus təmsilçiləri Zəngilana gedib
- Diplomatik korpusun nümayəndələri Cəbrayıl rayonundadırlar
- Diplomatik korpusun nümayəndələri Gəncəyə gedir
- Diplomatik uğurlar mükəmməl siyasətin nəticəsidir
- Diplomatik xidmət orqanlarının əməkdaşlarını təltif edib - SİYAHI
- Diplomatik xidmət orqanları rəhbərlərindən Prezidentə müraciət
- Diplomatik xidmət orqanlarının əməkdaşları təltif edildi - SİYAHI
- Diplomatik xidmət orqanlarının əməkdaşları cəbhədə