Arvadını amansızlıqla öldürən kişinin məhkəməsi başlayır
15:18 28 Noyabr 2020

Abşeron rayonunda arvadını öldürməkdə təqsirləndirilən İlqar Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.
Hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, hadisə avqustun 14-də saat 12 radələrində Abşeron rayonu ərazisində baş verib.
1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İstintaqla hadisənin zərərçəkmişin əri, 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət ittiham verilib.
Femida.az
Oxunub: 351
Oxşar xəbərlər
- Arvadını bıçaqlayan şəxs həbs olundu
- Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi
- Arvadını qısqanclıq zəminində qətlə yetirən şəxsin istintaqı başa çatıb
- Arvadını öldürmək istəyən şəxs cinayət məsuliyyətinə cəlb edildi
- Arvadını öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçildi
- Arvadını benzin töküb yandıran şəxs hökmdən narazı qalıb
- Arvadını öldürməyə cəhd edən kişiyə 14 il həbs cəzası verilib
- Arvadını öldürmək istəyən şəxsin apellyasiya şikayətinə baxılır
- Arvadını öldürən şəxsin məhkəməsi başlayır
- Arvadını bıçaqlayan şəxsin məhkəməsi olacaq