Koronavirusu yayan şəxsə cinayət işi açıldı
15:52 28 Noyabr 2020

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Füzuli Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, rayon sakini 1972-ci il təvəllüdlü İbişov Səlyan Allahverdi oğlu 20.11.2020-ci il tarixdə COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 27.11.2020-ci il tarixdə Füzuli rayonu Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 458
Oxşar xəbərlər
- Koronavirusun daha bir təhlükəli növü aşkarlandı
- Koronavirusun ilk əlaməti qızdırma deyil - Buna diqqət!
- Koronavirusun kişilər üçün təhlükəli fəsadı AÇIQLANIB
- Koronavirusun ocağı olan Uhanda məktəblər açıldı
- Koronavirusun müalicəsində bu dərmanlar istifadə edilir
- Koronavirusun yox olacağı tarix açıqlandı
- Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib
- Koronavirusun 15 əsas simptomu - Bütün ölkələrin həkimləri təsdiq edib
- Koronavirusun əlaməti olan şəxslər həkimlərə qarşı zor tətbiq edir - RƏSMİ
- Koronavirusun laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib