Marketdən içərisi pulla dolu seyf oğurlandı


16:04     28 Noyabr 2020 2020/11/226382CE-0020-4ED5-BBB6-5C3493704EF1_1606564614.jpeg

Kürdəmir rayonunda içərisində iki min manat məbləğində pul olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Kürdəmir və Sabirabad Rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən marketlərin birindən içərisində 2 min manat məbləğində pul olan seyfi oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini S.Muradov, Sabirabad rayon sakinləri, R.Tağıyev və əvvəllər məhkum olunmuş S.Niftalıyev saxlanılıblar.

R.Tağıyevlə bağlı aparılmış tədbirlər nəticəsində onun Sabirabadda yerləşən daha bir marketdən 909 manat pul oğurlaması da müəyyənləşdirilib. Hadisə ilə əlaqədar təhqiqat aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 837