Füzulidə “Toyota” minaya düşdü, 5 nəfər öldü
17:11 28 Noyabr 2020

Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.
Femida.az
Oxunub: 488
Oxşar xəbərlər
- Füzulidə 28 min hektardan çox ərazidə buğda səpilib
- Füzulidə beynəlxalq aeroport tikiləcək
- Füzulidə mülki şəxs minaya düşdü - Hər iki ayağını itirdi
- Füzulidə minaya düşənlərin meyitləri təhvil verildi
- Füzulidə qəbiristanlıq tamamilə məhv edilib
- Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il istifadəyə veriləcək
- Füzulidə şəhid olan tarix müəllimi
- Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib - Ermənilərin meyitləri döyüş meydanında qalıb
- Füzulidə iki avtomobil toqquşub, ölən və yaralananlar var
- Füzulidə mərmi tapılıb - Foto