Dünyanın gözlədiyi görüş bu gün reallaşacaq


14:59     17 Dekabr 2015 10159846996.jpg

Dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin media üçün 11-ci sual-cavab sessiyası keçirəcək. Əsas mövzunun Suriya müharibəsi və Türkiyə ilə münasibətlərdəki gərginliyin olacağı gözlənilir.


Femida.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tədbirə 1390 jurnalist akkreditə olunub. Onların içində Dozhd telekanalından Kseniya Sobçak da var. Ötən il Sobçhakın Putinlə mübahisəsi yaranmışdı.

Xatırladaq ki, Putin 2001-ci ildən media üçün sual-cavab sessiyaları təşkil edir. Sözçüsü bunu prezidentlə müsahibə üçün çoxsaylı müraciətlərlə izah edir.

Mətbuat konfransı adətən Moskva vaxtı ilə saat 12-də başlayır və bir neçə saat davam edir. Jurnalistlər istənilən sualı verir və tədbirin nə vaxt bitməsinə prezident qərar verir.

Akkreditasiydan keçən 1390 jurnalist arasında Azərbaycanın media orqanlarının nümayəndələri və bəzi xarici KİV-lərdə çalışan azərbaycanlılar da var.

“AZƏRTAC” Dövlət İnformasiya Agentliyi - Fəridə Abdullayeva

ATV telekanalı - Elzar Ağayev

“Azəri-Press Agentliyi” (APA) - Fərid Əkbərov

“Lider” telekanalı - Anar Həsənov

“Azərbaycan Dövlət Televiziyası (AzTV) – Zakir Musayev

“AzerRos.ru” saytı - Cəmil Sadıqbəyov

“AzerRos.ru” saytı - Vaqif Adıgözəlov

Çin Mərkəzi Televiziyasının (CCTV) Rusiya bölməsinin müxbiri - Rasim Nəbiyev

“Cihan” informasiya agentliyi - Fuad Səfərov

“İHA” informasiya agentliyi – Fuad Abbasov

Açar sözlər:

Oxunub: 1613