Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi
18:22 28 Noyabr 2020
_1606573405.jpg)
Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.
Femida.azxəbər verir ki, xəbərdarlıqda bildirilir:
"Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu uzun müddət təcavüzkar düşmənin işğal altında saxladığı əraziləri azad etmişdir.
Uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir.
Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər.
Noyabrın 28-də vətəndaşlar - Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, nəticədə tank əleyhinə minaya düşərək həlak olmuşlar.
Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik".
Oxunub: 684
Oxşar xəbərlər
- Baş Nazirdən müharibə iştirakçıları ilə bağlı QƏRAR
- Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin etdi
- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi - Saxlanılan var
- Baş prokurordan Qarabağda qanunsuz işləyən şirkətlərlə bağlı AÇIQLAMA
- Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
- Baş nazir büdcə müzakirəsinə qatılıb
- Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi - VİDEO
- Baş nazir müşavirə keçirdi
- Baş prokuror ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb
- Baş Prokurorluq və DİN-dən növbəti xəbərdarlıq