DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
19:12 28 Noyabr 2020
Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib. Nəticə etibarı ilə 2021-ci ilin yanvar ayından başlayaraq nazirliyin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək.
Oxunub: 780
Oxşar xəbərlər
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- "Avto FM" radiosu DİN-in nəzarətinə keçib
- DİN-in qarşısında baş verən hadisə zamanı polis əməkdaşı xəsarət alıb
- Vətəndaş DİN-in binasının qarşısında özünü yandırıb, vəziyyəti ağırdır
- DİN-in Mətbuat Xidmətində yeni kadr təyinatı olub
- Prezident DİN-in əməkdaşlarını təltif etdi - SİYAHI
- DİN-in 4 polkovnikinə general-mayor rütbəsi verildi - SİYAHI
- FHN və DİN-in Akademiyası əməkdaşlıq edəcək
- Ağacla döyülən qadının şikayəti DİN-in nəzarətinə götürülüb
- DİN-in xüsusi təyinatlı zabiti hərbi hissədə özünü öldürdü