DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək


19:12     28 Noyabr 2020 20_11_28_1606575387.jpg

Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib. Nəticə etibarı ilə 2021-ci ilin yanvar ayından başlayaraq nazirliyin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək.

Açar sözlər:

Oxunub: 778