Gəncədə zəncirvarı qəzada 3 nəfər xəsarət alıb


20:22     28 Noyabr 2020 20_11_28_1606580015.jpg

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın xəbərinə görə, yol qəzası şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.

Hərəkətə olan “VAZ2107” markalı minik maşını KIA markalı avtomobilə toqquşub, KIA markalı avtomobil isə “Mitsubishi” markalı minik maşınına çırpılıb.

Qəza zamanı “VAZ2107”-in sürücü və 2 sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 641