Türkiyədə son sutkada koronavirusdan 182 nəfər ölüb


21:00     28 Noyabr 2020 20_11_28_1606582861.jpg

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 182 nəfər ölüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 174 443 nəfər koronavirus testindən keçib, 6714 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 30 103 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı dünənlə müqayisədə 87 nəfər artaraq 4903 olub

Qeyd edək ki, Türkiyədə indiyədək 487 912 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 13 373 nəfəri ölüb.

Açar sözlər:

Oxunub: 708