Ermənilər Rusiyanın Yerevandakı səfirliyi qarşısına yürüş edəcəklər
09:54 29 Noyabr 2020

Erməni rejissor Mqer Mkrtçyan, prodüser Armen Qriqoryan, aktyor Toxatyan Qrant və digər şəxslər Ermənistan əhalisinə müraciət ediblər.
Bu barədə Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir.
"Belə çıxdı ki, Ermənistanda hakimiyyət yoxdur. Dövlətin hər hansı səlahiyyətli orqanı yoxdur ki, müharibədə itkin düşənlərin və əsir götürülənlərin qaytarılması, həmçinin həlak olmuş əsgərlərin basdırılması prosesi ilə koordinasiyalı şəkildə məşğul olsun”, - deyə onların çağırışında bildirilir.
Onlar bildiriblər ki, Ermənistandakı bu problemlərin həlli harada yaşamasından asılı olmayaraq, hər bir ermənidən asılıdır.
Müraciət müəllifləri bu gün yerli vaxtla saat 12:00-da, “Azadlıq” meydanından Rusiya Federasiyasının Yerevandakı səfirliyinin binası qarşısına yürüş edəcəklərini bildiriblər.
Oxunub: 468
Oxşar xəbərlər
- Ermənilərin Şuşada basdırdıqları minalar aşkarlandı
- Ermənilərin dağıtdığı evlərin bərpası ilə bağlı sərəncam verildi
- "Ermənilər işğal edilmiş ərazilərdə, demək olar ki, 70 məscidi dağıdıblar" - İlham Əliyev
- İlham Əliyev: "Ermənilər cinayət predmeti olan bir çox əməllər törədiblər"
- Ermənilərin Cəbrayılda dağıtdıqları qəbirlər aşkarlandı
- Cəbhəboyu ərazilərdə ermənilərin basdırdıqları sursatlar aşkarlandı
- Ermənilərin azərbaycanlı hərbçinin meyitini yandırması ilə bağlı cinayət işi açıldı
- Ermənilər Şurnux kəndində evləri yandırıblar
- Ermənilər 1992-93-cü illərdə 872 nəfəri əsir və girov götürüb
- "Ermənilər məni toka verirdilər" - Bayram Kərimov