Sabah hava yağışlı olacaq
12:38 29 Noyabr 2020

Noyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.
Noyabrın 30-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 30-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Oxunub: 399
Oxşar xəbərlər
- Sabah şimşək çaxacaq, yağış, bəzi yerlərdə qar yağacaq
- Sabah güclü külək əsəcək, meteohəssas insanlarda narahatlıq yaranacaq
- Sabaha olan hava proqnozu açıqlandı
- Sabah Rusiya FHN Ağdamda minaların təmizlənməsinə başlayır
- Sabah paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
- Sabah havə dəyişkən buludlu olacaq, bəzi yerlərdə güclü külək əsəcək
- Sabahın hava proqnozu açıqlanıb
- Sabahın havası açıqlandı
- Sabah bağlanacaq yolların - Siyahısı
- Sabah Bakıda hava buludlu olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq