Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub


13:51     29 Noyabr 2020 20_11_29_1606642299.jpg

Rusiyada koronavirusa yoluxanların sayı 2,26 milyon nəfəri keçib.


Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 26 683 nəfər virusa yoluxub, 459 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 269 316 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 39 527 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 761 457 nəfər virusdan sağalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 638