Zərdabda evi tərk edən COVID-19 xəstəsinə cinayət işi açıldı
14:31 29 Noyabr 2020

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayon sakini Səbuhi Ağayev saxlanılıb.
Bu barədə Femida.az-a Daxili işlər Nazirliyindən məlumat verilib.
Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq dəfələrlə polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq yaşadığı ünvanı tərk edib.
Onun evini tərk edərək rayon ərazisində insanların hərəkət edtdiyi məkanlara getməsi polislər tərəfindən aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Ağayev yaşadığı evə qaytarılıb.
Onun barəsində toplanan materiallar Zərdab RPŞ-nin İstintaq Bölməsinə təqdim edilib. S.Ağayev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 390
Oxşar xəbərlər
- Zərdabda COVID-19 virusunun daşıyıcısına cinayət işi başlanıldı
- Zərdabda qoyun oğruları saxlanıldı
- Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb
- Zərdabda bələdiyyə sədri və sabiq icra nümayəndəsi həbs edilib - RƏSMİ
- Zərdabda bir tondan artıq çətənə bitkisi məhv edilib
- Zərdabda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - FOTO
- Zərdabda 16 yaşlı qız kimyəvi məhlul içərək ölüb
- Zərdabda karantin rejimini pozan şəxs həbs edilib
- Zərdabda qanunsuz silah gəzdirən şəxs saxlanılıb - FOTO
- Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir - Fotolar