Şəhid futbolçu Biləsuvarda dəfn edilib


15:36     29 Noyabr 2020 2020/11/127637599_156584686199296_1963005850371469236_n_1606651097.jpg


Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Nəriman Əlizadə dəfn edilib.

Femida.az-ın məlumatına görə, 44 günlük Vətən Müharibəsində şəhid olan Əlizadə Nəriman Nurəhməd oğlu bu gün doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü N.Əlizadə futbolçu olub. Hərbi xidmətdən əvvəl o, "Rəvan" və "Neftçi" klublarının aşağı yaş qruplarında çıxış edib. Hərbi xidmətdən bu ilin iyul ayında qayıdan şəhidimiz Vətən müharibəsi başlayan zaman yenidən ordu sıralarına cəlb olunub. Nəriman Əlizadə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə güllə yarası alaraq, qəhrəmancasına şəhid olub.

Şəhid torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq qardaşına təqdim olunub.

Allah rəhmət eləsin!











Femida.az

Açar sözlər: #şəhid   #Biləsuvar   #NərimanƏlizadə   #futbolçu   #dəfn  

Oxunub: 3155