Fransa radiosu Füzulidən reportaj hazırlayıb
17:14 29 Noyabr 2020
Fransanın beynəlxalq radiosu “RFİ” Azərbaycanın Ermənistan işğalından azad edilən Füzuli rayonundan reportaj hazırlayıb.
Reportajda 1990-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı 7 rayondan biri olan Füzuli heç bir evin, kiçik ticarət mərkəzinin, hətta fermanın belə olmadığı diqqətə çatdırılır.
Qeyd edilir ki, 30 ildir erməni işğalı altında qalan Füzuli boş səhranı xatırladır. Bildirilir ki, indi yalnız müharibə izlərinin göründüyü rayon bu il oktyabrın 17-də Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.
Müəllif vurğulayır ki, Füzulidə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbi texnikası sovet dövrünə aiddir. Əvəzində isə Azərbaycanın son illərdə hərbi sahəyə kifayət qədər büdcə ayırıb və ordunu müasir texnika ilə təmin edib.
Eyni zamanda, qeyd olunub ki, doğma evlərinə qayıtmaq istəyi ilə yaşayan Füzuli sakinləri bu yerlərin minalardan təmizlənməsi, eləcə də burada yaşayış infrastrukturunun yaradılması üçün bir neçə il gözləməli olacaqlar.
Reportajda, həmçinin bildirilib ki, burada uzun müddət heç kim yaşamayıb və şəhər yalnız dağıntılardan ibarətdir.
Femida.az
Oxunub: 649
Oxşar xəbərlər
- Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
- Fransa Ukraynaya humanitar yardımı 2 milyard dollara çatdıracaq
- Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub
- Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək
- Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
- Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib
- Fransa Prezidenti Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
- Fransanın şimalında quş qripi ocağı aşkarlanıb