Fransadakı aksiyalarda 60-dan çox polis yaralanıb


17:56     29 Noyabr 2020 2020/11/304AF547-7B66-44E7-925D-EAE7D6C5459B_1606658489.jpeg

Ötən gün Fransada keçirilmiş etiraz aksiyalarında 60-dan çox polis əməkdaşı xəsarət alıb.

Femida.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 62 polis yaralanıb. Onlardan 23-ü paytaxt Parisdə, digərləri isə Fransanın bölgələrindəki aksiyalarda xəsarət alıblar.

Qeyd edək ki, Fransada “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etirazlar davam edir. Ötən gün 130 mindən çox insan aksiyalara qoşulub. Parisdə polis əməkdaşları aksiyanı dağıtmaq üçün zorakılığa əl atıb. Belə ki, polislər xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Nəticədə etirazçılarla polislər arasında qarşıdurma yaşanıb.

Məlumat üçün bildirək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə əsasən, xidmət zamanı polis və jandarma əməkdaşlarının görüntülərini lentə almaq qadağan edilir. Qadağanı pozan şəxslər üçün cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 371