Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir


19:20     29 Noyabr 2020 turkiye2%20aprel7.jpg

Rusiya və Türkiyə arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılacaq ortaq mərkəzin vəzifə prinsiplərinin texniki detalları müzakirə olunur.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

“Kədərdə və sevincdə bərabər olduğumuz Azərbaycanın haqlı davasında bütün imkanlarımızla yanındayıq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixində atəşkəs elan edilib. Atəşkəsə nəzarət məqsədilə Qarabağda Türkiyə və Rusiya birgə Monitorinq Mərkəzi yaradacaq.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyini Azərbaycan müəyyən edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 362