İranın nüvə alimi uzaqdan idarə olunan silahla öldürülüb
09:12 30 Noyabr 2020

İranın nüvə alimi Möhsün Fəxrizadə uzaqdan idarə olunan silahla qətlə yetirilib.
Femida.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən (Mazandaran əyaləti) Tehran əyalətinin Absard şəhəri istiqamətinə gedərkən yolda baş verib.
M.Fəxrizadəni 3 təhlükəsizlik maşını müşayiət edib. Alim ortadakı zirehli maşında olub. Öndə gedən avtomobilə atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problemi olduğunu zənn edərək maşından düşüb. Bu zaman, təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb.
Agentliyin məlumatına görə, alim 4 güllə yarası alıb. Bir neçə güllə isə onun mühafizəçisinə dəyib.
“Nissan” avtomobilinin sahibinin oktyabrın 29-da İranı tərk etdiyi bildirilir.
Oxunub: 282
Oxşar xəbərlər
- İranın XİN başçısı Azərbaycana gələcək
- İranın Qərbi Azərbaycan əyalətində 4.5 bal gücündə zəlzələ olub
- İranın nüvə fizikası üzrə ailminin qətlində şübhəli bilinənlər saxlanılıb
- İranın nüvə aliminin ölümü ilə bağlı yeni iddia
- İranın XİN rəhbəri Ermənistana səfər edəcək
- İranın Azərbaycandakı səfirliyi Gəncə terrorunu pisləyib
- İranın Ali Rəhbərinin nümayəndəsi: "Qarabağ Azərbaycanın ərazisidir"
- İranın yeni səfirindən ilk açıqlama
- İranın yeni səfiri Azərbaycana gəlib
- İranın Ali Milli Tәhlükәsizlik Şurası BƏYANAT VERDİ