Bakıda 3 tələbə ağır qəzada ölüb
09:22 30 Noyabr 2020

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Tuncay Aslan oğlu idarəetməsində olan “BMW” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.
Qeyd edək ki, yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb universitetinin tələbələridir.
Oxunub: 278
Oxşar xəbərlər
- Bakıda istehlaka yararsız süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb
- Bakıda toz dumanı müşahidə edilir
- Bakıda sərnişin avtobusu motosikletlə toqquşdu, xəsarət alan var
- Bakıda avtomobil ahıl qadını vuraraq hər iki ayağını sındırdı
- Bakıda karantin qaydalarını pozan moda evi aşkarlanıb - FOTO - VİDEO
- Bakıda köməksiz qalan şəxslər xilas edilib
- Bakıda yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb
- Bakıda sığınacağın əməkdaşı döyülüb
- Bakıda 1 ABŞ dollarını 1.74 AZN-ə satan şəxs tutuldu - VİDEO - FOTO
- Bakıda gizli fəaliyyət göstərən "Məcnun" kafesi aşkarlandı, 9 nəfər saxlanıldı - VİDEO