Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
09:45 30 Noyabr 2020

Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah olunub. Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyən edib və həkim briqadasının da iştirakı ilə yaşadığı ünvana geri qaytarılıb.
T. Əliyev barəsində Oğuz Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.
Oxunub: 207
Oxşar xəbərlər
- Oğuzda mikroavtobus aşıb, yaralılar var
- Oğuzda şəhid dəfn olunub
- Oğuzda qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Oğuzda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
- Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
- Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
- Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
- Oğuzda yol qəzasında ər-arvad xəsarət alıb - FOTO
- Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edildi
- Oğuzda tibbi maskadan istifadə etməyən 11 nəfər cərimələndi