Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub
12:15 30 Noyabr 2020

Ukraynanın İvano-Frankovsk vilayətindən 2 Azərbaycan vətəndaşı deport olunub.
Femida.az -ın məlumatına görə, Azərbaycan vətəndaşları - 36 yaşlı Hüsüyev Hüsü Kərim oğlu və 30 yaşlı Əzizli Rəşad Qulu oğlu yerli məhkəmənin qərarı ilə ölkədən çıxarılıblır.
Deportasiyaya səbəb adı çəkilən şəxslərin təkrar ictimai asayişi, koronavirus pandemiyası ilə bağlı karantin qaydalarını pozma və polisə müqavimət olub.
Qeyd edək ki, Ukraynada indiyədək 722 679 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 339 378 nəfər sağalsa da, 12 213 nəfər ölüb. Hazırda ölkədə 371 088 aktiv koronavirus xəstəsi var. Hazırda Ukraynada həftəsonu karantin rejimi tətbiq olunsa da, bunun özünü doğrultmadığı da bildirilib. Ölkədə karantin rejiminin daha da sərtləşdirilməsi, dekabrda bayram günlərində də bunun tətbiq olunacağı gözlənilir.
Oxunub: 258
Oxşar xəbərlər
- Ukraynada “Lotu Quli”nin adamları həbs olunub
- Ukraynada maşın oğurlayan azərbaycanlı həbs edildi
- Ukraynada Nizami Gəncəvinin heykəli qoyulacaq
- Ukraynada Nizami Gəncəvinin heykəli ucaldılacaq
- Ukraynada iki azərbaycanlı həbs edildi
- Ukraynada azərbaycanlı rüşvətə görə saxlanıldı
- Ukraynada silah anbarında partlayışlar baş verib
- Ukraynada oteldə yanğın nəticəsində 8 nəfər ölüb
- Ukraynada öldürülən gənc Azərbaycana gətirildi
- Ukraynada qarpız satan azərbaycanlını maşın vuraraq öldürüb