İrəvanda əsgər valideynləri yenidən etiraza qalxdı


14:03     30 Noyabr 2020 2020/11/er-ak-1606730116_1606730703.jpg

İrəvanda erməni əsgərlərin valideynləri hökumət binası qarşısında yenidən etiraz aksiyasına başlayıb.

Femida.az xəbər verir ki, onlar övladlarının Qarabağdan Ermənistana qaytarılmasını tələb edirlər.

Valideynlərdən biri Asmik Qriqoryan bildirib ki, Madagiz, Cəbrayıl və Hadrutdakı döyüşlərdə iştirak edənlər yanvar ayında tərxis olunmalıdır:

"Mənim övladım bunların arasındadır. Biz uşaqlarımızın bir ay tez tərxis olunmasını istəyirik. Onlar böyük müharibədə iştirak etdilər, dostlarını itirdilər, gecəni hərbi postlarda, küçədə keçirdilər və indi məktəblərdə yerdə yatırlar".

Femida.az

Açar sözlər: #İrəvan  

Oxunub: 478