Zərərsizləşdirilən minaların sayı açıqlanıb
14:28 30 Noyabr 2020

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 27 sentyabr-30 noyabr tarixlərində 2 061 siqnal əsasında 1 543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.
"727 ədəd partlamamış hərbi sursat (PHS), 4 330 ədəd piyada əleyhinə mina, 1 110 ədə tank əleyhinə mina, 1 743 ədəd tank əıleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 393 ədəd 9N235 bombacıqları, 10 730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmiş), 2 ədəd raketin mikro sxemi və 1 643 ədəd partlamamış raket hissələri aşkar olunub", o bildirib.
Femida.az
Oxunub: 312
Oxşar xəbərlər
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- Azərbaycan əsgəri minaya düşərək şəhid olub
- Ermənilərin ərazilərimizdə basdırdıqları minalar zərərsizləşdirildi
- Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirib
- Cəsədləri axtaran erməni hərbçilər özlərinin basdırdıqları minaya düşdülər
- Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
- Ermənilərin Şuşada basdırdıqları minalar aşkarlandı
- Azərbaycan Minatəmizləmə Agentliyi yaradıldı
- MN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülür
- Xocalı yol idarəsinin əməkdaşı minaya düşüb