Erməni təcavüzü nəticəsində 98 nəfər həlak olub


15:34     30 Noyabr 2020 2020/11/12880-1606735590_1606736147.jpg

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 93 mülki şəxs qətlə yetirilib, 5 nəfər minaya düşərək həlak olub.

Hücumlar nəticəsində 414 nəfər yaralanıb, 4 nəfər isə minaya düşərək xəsarət alıb.

Femida.az

Açar sözlər: BaşProkurorluq   Ermənistan   Təcavüz    

Oxunub: 497