Moldova prezidentinin andiçmə tarixi açıqlanıb


16:56     30 Noyabr 2020 2020/11/9d1f16fd-32e4-3283-96ee-58961660316b_850_1606741005.jpg

Moldova prezidentinin andiçmə mərasimi dekabrın 24-də Kişineuda Respublika sarayında keçiriləcək.

Femida.az TASS-a istinadən xəbər verir ki, bunu Moldovanın yeni prezidenti Mayya Sandu bildirib.

Onun sözlərinə görə, pandemiyaya görə andiçmə mərasimində iştirak edənlərin sayı məhdud olacaq.

Qeyd edək ki, Moldovada noyabrın 15-də keçirilən prezident seçkisində Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu 57,75 faiz səs toplayaraq qalib gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 234