Nazirlik qazi Kənanı nəzarətə götürdü - Anası işlə təmin edildi
21:58 30 Noyabr 2020

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və sosial dəstəyimizi göstəririk.
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
"Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər. Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək.
Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək.
Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib", - deyə nazirlik rəsmisi qeyd edib.
Femida.az
Oxunub: 330
Oxşar xəbərlər
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlik əməkdaşları qaziyə baş çəkdi
- Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni bölmə yaradıb
- Nazirlik şəhid ailələri ilə bağlı sosial plan hazırlayır
- Nazirlik: Düşmən əks-təbliğat aparmaq məqsədilə məlumat əldə etməyə çalışır - FOTO
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlik Fransanın tanınmış şəxslərini azad olunmuş ərazilərimizə dəvət etdi