DİN aşığın ittihamlarına cavab verdi
11:15 01 Dekabr 2020
Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib.
Femida.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir:
"Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb. İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə N.Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.
Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib".
Femida.az
Oxunub: 374
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib