“Laçına dəyən ziyan on milyard dollarla ölçülür”


11:18     01 Dekabr 2020 lacin%20dehlizi.jpg

"Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan Laçın rayonu yenidən bizdədir. 28 il öncə 264 vətəndaşımızın şəhid olduğu, 65 nəfərin girov düşdüyü və 103 sakinin əmək qabiliyyətini itirdiyi döyüşlərdən sonra Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu".

Femida.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Deputat xatırladıb ki, işğaldan sonra 66 minə yaxın Laçın sakini ölkəmizin 59 şəhər və rayonlarında məskunlaşıb: "Bu gün artıq Laçın azaddır. Hamımızın gözü aydın olsun. Laçın rayonu iqtisadi potensialına görə Azərbaycanda xüsusi seçilən bölgələrimizdəndir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var".

V.Bayramov qeyd edib ki, 28 illik işğal Laçın rayonunun potensialından istifadəyə imkan verməyib:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, Laçın rayonuna məxsus müəssisə və təşklatlarda 2019-cu ildə cəmi 27 milyon 326 min manatlıq məhsul istehsal olunub. İşğal nəticəsində Laçın rayonuna dəyən ziyan on milyard dollarla ölçülür. Artıq Laçın bizimdir. Bu dəfə daimi".


Femida.az

Açar sözlər:

Oxunub: 218


Oxşar xəbərlər