Prezident Ermənistanın Laçın və Kəlbəcərlə bağlı mövqeyinə aydınlıq gətirdi
12:26 01 Dekabr 2020
İşğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik. Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması.
Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində danışıqlar prosesi ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirərkən bildirib.
Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər”.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- Laçınla bağlı ŞAD XƏBƏR: Avqustun 26-da...
- Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
- Laçında kombayn aşıb, iki nəfər ölüb
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb
- Laçında avtomobil aşıb, ölən var
- Laçında minaya düşən fəhlə vəfat edib
- Laçında partlayış: Fəhlə minaya düşdü