Sumqayıtda avtomobil vuran piyada öldü


13:33     01 Dekabr 2020 piyada5.jpg

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində qeydə alınıb.

Şəhər sakini M.İsmayılzadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Adilə Abdullayevanı vurmuş və idarəetməni itirərək maneəyə dəyib.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 366