Rusiya səfiri: “Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək”
13:36 01 Dekabr 2020
“Azərbaycan Dağlıq Qarabağda nəzarəti altına aldığı rayonlarda xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək”.
Femida.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov TASS-a müsahibəsində deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuda dəfələrlə fikrini bildirib. Məsələn, Prezidenti İlham Əliyev noyabrın 23-də Ağdamdakı məscidə baş çəkərkən ölkədəki bütün tarixi abidələrin, o cümlədən Azərbaycanın nəzarəti altına keçən ərazilərdəki erməni, alban və pravoslav kilsələri və monastırlarının dövlət tərəfindən qorunduğunu bəyan edib. Noyabrın 25-də Kəlbəcər rayonunun azad edilməsi münasibətilə xalqa telemüraciətində Əliyev növbəti dəfə xristian abidələrin Azərbaycanın tarixi-mədəni irsi, onların dövlət himayəsində olduğunu təkrarladı”, - səfir qeyd edib.
Onun sözlərinə görə, bunlar ən son nümunələrdir. “Bu açıqlamalardan əvvəl İlham Əliyevlə Vladimir Putin arasında noyabrın 14-də baş tutmuş telefon danışığı zamanı da Azərbaycan Prezidenti üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılan ərazilərdəki xristian ziyarətgahlarının təhlükəsizliyinə və normal fəaliyyətinə zəmanət verib”, - M.Boçarnikov əlavə edib.
“Əminəm ki, praktikada da belə olacaq. Azərbaycanı müxtəlif xalqların nümayəndələrinin və bir çox dinlərin ardıcıllarının hüquq və azadlıqlarının bərabər şəkildə təmin olunduğu çoxmillətli və çoxkonfessiyalı dövlət kimi tanıyırıq”, - diplomat vurğulayıb.
Femida.az
Oxunub: 402
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"