Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib - Fotolar


14:21     01 Dekabr 2020 20_12_01_1606818136.jpg


Ali Baş Komandan, Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.

Müraciətdən sonra Bakı sakinləri Su İdman Sarayından üzü Şəhidlər Xiyabanı istiqamətində avtomobillərlə yürüş edib. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb - liseyindən yürüşə start verib.

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. / Trend







Femida.az

Açar sözlər:

Oxunub: 599