“Erməni bölməsindən yardım istəsək də, kömək etmədilər”
15:30 01 Dekabr 2020
Ermənistanın Üçmiədzin şəhərinin sakinləri hərbi hissənin qarşısına toplaşaraq ölkənin hərbi-siyasi rəhbərliyindən əsirləri geri qaytarmağı və itkin düşənləri tapmağı tələb edərək etiraz aksiyası keçirirlər.
Hərbçilərin onlarla qohumu komandanlığı fəaliyyətsizlikdə ittiham edirlər.
Bildirilib ki, hələ oktyabr ayında Üçmiədzindən olan ehtiyatdakı bir qrup hərbçi həmin vaxt şiddətli döyüşlərin getdiyi Zəngilən bölgəsinə köçürülüb və onlar mühasirəyə düşüb. Qeyd olunub ki, həmin qrupdan yalnız 34 nəfər mühasirədən çıxa bilib.
Hərbi hissənin kapitanı Kamo Malxasyan etirazçıların qarşısına çıxaraq, müdafiə nazirindən göstərilən ərazidə sabahdan etibarən axtarışların başlayacağı barədə məlumat aldığını açıqlayıb.
Hərbçilərdən biri David Katanyan mühasirəyə alındıqları üçün komandanlığı günahlandırıb.
“Komandir yox idi, hara gedəcəyimizi söyləmədilər. Nəticədə biz mühasirəyə düşdük. Təpənin üstündə bir generalın komandanlığı altında erməni bölməsi var idi. Onlardan yardım istəsək də, kömək etmədilər”,- deyə Katanyan qeyd edib.
İtkin düşən hərbçilərin analarından biri Anahit Adoyan bir neçə gün əvvəl bir neçə vətəndaşla birlikdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüyünü bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın hökumət və Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında da əsir və itkin düşmüş əsgərlərin yaxınlarının iştirakı ilə etiraz aksiyaları keçirilmişdi. / qafqazinfo
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- “Ermənistan hərbi cinayətlərinə görə məsuliyyət daşıyır” - XİN rəsmisi
- “Ermənistanın yeni hakimiyyəti çox böyük səhv etdi” - İlham Əliyev
- “Ermənistanın cinayətləri ilə bağlı 70-dən çox cinayət işi başlanılıb” - Baş Prokurorluq
- “Ermənistanda müharibədə ölənlərin ailələrinin birinə də bir mənzil verməyiblər”- İlham Əliyev
- “Ermənistan sülh istəyirsə, delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır”
- “Ermənilər mina xəritələrini dərhal verməlidir” - Fransalı senator
- “Erməni ombudsman bir dəfə də olsun əsirlərimizə baş çəkmədi” - Səbinə Əliyeva
- “Ermənilərin gecə 3-də Yuxarı Ayrımda nə işləri vardı?” - Əli Əsədovdan Qriqoryana cavab
- “Ermənistanda vəziyyət hər gün daha da pisləşir” - Armen Qevorqyan
- “Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama görmürük”