“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək?
17:53 01 Dekabr 2020
Femida.az Prezidentin imzası ilə təsdiqlənmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında əsasnaməni təqdim edir.
Maddə 1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” (bundan sonra - “Vətən Müharibəsi Qəhrəmanı”) adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.
1.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının təsviri qanunla müəyyən olunur.
Maddə 2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi qaydası
2.1. “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
2.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.
2.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:
2.3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı;
2.3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.
2.4. “Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.
Maddə 3. Yekun müddəalar
3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda “Qızıl Ulduz” medalından əvvəl taxılır.
3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
3.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilirlər.
Oxunub: 418
Oxşar xəbərlər
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- Prezident bir qrup hərbçini “Vətən uğrunda” medalı ilə təltif etdi - SİYAHI
- “Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu bayraqla örtüləcək
- Ceyhun Bayramov: “Vətən müharibəsində Türkiyənin tam və birmənalı dəstəyinin şahidi olduq”
- Altay Həsənov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
- Hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edilib - SİYAHI
- Bir sıra hərbi qulluqçulara “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi
- “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları ilə kimlərin təltif olunacağı müəyyənləşib
- “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təsis edildi
- Sabir İlyasov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM