"Zəfər" ordeninin statutu müəyyənləşib
18:30 01 Dekabr 2020
Yeni təsis ediləcək “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazilərin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyət, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif ediləcək.
Femida.az -ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Zəfər” ordeninin statutuna əsasən, orden döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda “Heydər Əliyev” ordenindən sonra taxılır.
“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvarı olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı diametri 42 mm olan lövhədən ibarətdir.
Oxunub: 409
Oxşar xəbərlər
- Zəfər Günü avtoxuliqanlıq edən tutuldu
- Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
- Zəfər yolu açılıb
- Zəfər Günü ABŞ-da geniş qeyd olunacaq
- Zəfər gününə həsr edilən kitab çapdan çıxıb
- Zəfər Muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib
- Zəfər Gününə iki gün qalmış şəhidlik zirvəsinə ucaldı - REPORTAJ
- Zəfər Günü qeyri-iş günü olacaq - Prezident qanunu təsdiqlədi
- Zəfər paradından VİDEO və FOTOLAR
- Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub