DK: Hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi barədə məlumatlar yalandır


18:33     01 Dekabr 2020 20_12_01_1606833317.jpg

Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Femida.az-a bildirilib ki, əsassız və həqiqətəuyğun olmayan belə məlumatlar qəti şəkildə rədd edilir: “Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil”.

Açar sözlər:

Oxunub: 499