Lavrov: “Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən uzadılması məsələsi yoxdur”
19:30 01 Dekabr 2020
“Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən gecikdirilməsi məsələsi yoxdur”.
Femida.az -ın verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici İşlər naziri Sergey Lavrov iclasın yekunlarına dair mətbuat konfransında bildirib.
S. Lavrov deyib ki, bu prosesi uzatmaq üçün qəsdən hansısa addımların atılmasından danışmaq çətindir: “Biz bunu görmürük. Lakin obyektiv çətinliklər var və bu, faktıdr. Ümid edirəm ki, bu, tezliklə həll olunacaq. Qarabağdakı relyefi nəzərə alaraq atəş dayandırılan kimi bu məsələlərlə məşğul olmaq çox çətin idi, üstəlik, itkin düşmüş hesab olunanların dəqiq siyahısı olmadan. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən mütəxəssislərin cəlb olunması ilə məsələ tezliklə həll olunacaq. Sülhməramlılarımız da imkanları daxilində əlbəttə ki, buna yardım edəcəklər”.
Oxunub: 416
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"