Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
19:58 01 Dekabr 2020

"Dnestryanıdakı silah-sursat anbarları üzərində Rusiya hərbçilərinin nəzarətinə son qoyulması ciddi insidentlərə səbəb ola bilər".
Femida.az -IN verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT ölkələri XİN başçıları Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
O, Rusiya sülhməramlılarının Moldova və Ukraynadakı olduğu kimi ATƏT-in təsdiqlədiyi 5+2 qrupunun qərarına müvafiq olaraq münaqişə zonasında olduğunu xatırladıb: “Onlar hər şeydən öncə bu regionda sabitliyin dəstəklənməsi vəzifəsini yerinə yetirirlər, hansı ki, bu, orada qanlı münaqişənin hansısa yeni partlayışı olmaması üçün prinsipial dərəcədə vacibdir”.
Lavrov Kolbasnadakı silah-sursat anbarlarını mühafizə edən ikinci Rusiya hərbçiləri qrupunun, birləşmiş qoşunlar qrupunun olduğunu da xatırladıb: “Bu anbarlar elə vəziyyətdədir ki, onların üzərində nəzarətin dayandırılması çox ciddi insidentlərə səbəb ola bilər”.
Oxunub: 221
Oxşar xəbərlər
- Ceyhun Bayramov və Lavrov telefonla danışdı
- Lavrov Ayvazyanla Qarabağ bəyanatını müzakirə etdi
- Bayramov və Lavrov arasında telefon danışığı olub
- Lavrov Qərbin ittihamlarına cavab verdi
- Lavrov: “Türkiyə ilə fikir ayrılığımız yoxdur”
- Lavrov: “Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən uzadılması məsələsi yoxdur”
- Lavrov: "Üçtərəfli razılaşmanı hamı dərhal qəbul etmədi"
- "Minsk qrupunun digər üzvlərindən daha operativ reaksiya gözləyirdik" - İlham Əliyev
- Lavrov da Bakıya gəldi
- "Bəyanatı şübhə altına almaq cəhdləri qəbuledilməzdir" - Lavrov