Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib


19:58     01 Dekabr 2020 cs-Foreign-Minister-Sergei-Lavrov-gestures-during-a-news-conference-after-a-meeting-with-his-counterpart-from-Mozambique-Oldemiro-Baloi-in-Moscow-April-21-2014.-REUTERSrSergei-Karpukhin-8.jpg

"Dnestryanıdakı silah-sursat anbarları üzərində Rusiya hərbçilərinin nəzarətinə son qoyulması ciddi insidentlərə səbəb ola bilər".

Femida.az -IN verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT ölkələri XİN başçıları Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

O, Rusiya sülhməramlılarının Moldova və Ukraynadakı olduğu kimi ATƏT-in təsdiqlədiyi 5+2 qrupunun qərarına müvafiq olaraq münaqişə zonasında olduğunu xatırladıb: “Onlar hər şeydən öncə bu regionda sabitliyin dəstəklənməsi vəzifəsini yerinə yetirirlər, hansı ki, bu, orada qanlı münaqişənin hansısa yeni partlayışı olmaması üçün prinsipial dərəcədə vacibdir”.


Lavrov Kolbasnadakı silah-sursat anbarlarını mühafizə edən ikinci Rusiya hərbçiləri qrupunun, birləşmiş qoşunlar qrupunun olduğunu da xatırladıb: “Bu anbarlar elə vəziyyətdədir ki, onların üzərində nəzarətin dayandırılması çox ciddi insidentlərə səbəb ola bilər”.

Açar sözlər:

Oxunub: 391