“Qubadlının azad olunmasına görə” medalın əsasnaməsi təsdiqlənib


20:18     01 Dekabr 2020 2015-01-02-19-43-08prezidentttt(01011)4.jpg

Prezident İlham Əliyev “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Femida.az -ın məlumatına görə, “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

“Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Zəngilanın azad olunmasına görə” medalından sonra taxılır.

Açar sözlər:

Oxunub: 267


Oxşar xəbərlər