Türkiyədə bu gün COVID-19-dan ölüm sayı ən yüksək həddə olub


21:11     01 Dekabr 2020 20_12_01_1606842343.jpg

Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində koronavirusdan (COVID-19) 190 nəfər ölüb.

Femida.az -IN xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 180 312 nəfər koronavirus testindən keçib, 6101 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə 30 110 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı dünənlə müqayisədə 113 nəfər artaraq 5303 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 506 966 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 13 936 nəfəri ölüb.

Açar sözlər:

Oxunub: 419