NATO-nun Baş katibi: "Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq"
21:33 01 Dekabr 2020
"Əsas mesajımız ondan ibarətdir ki, münaqişənin həlli üçün siyasi prosesə ehtiyac var".
Femida.az -IN xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bu gün baş tutan NATO ölkələrinin XİN başçılarının virtual konfransından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağla bağlı verilən suala cavabında deyib.
"Biz döyüşün və şiddətin qarşısını almalıyıq. Əlbəttə ki, biz Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. Bu, bizim əsas mesajımızdır. Azərbaycan və Ermənistan, hər iki ölkə NATO-nun partnyorlarıdır, lakin bildiyiniz kimi, NATO bu münaqişənin bir hissəsi, tərəfi deyil”, - Yens Stoltenberq əlavə edib.
Oxunub: 481
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"