Polislər Maradonanın psixiatrının evində axtarış aparır


21:46     01 Dekabr 2020 20_12_01_1606844809.jpg

Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı istintaq işi davam edir.

Femida.az TN telekanalına istinadən xəbər verir ki, polislər veteran hücumçunun psixiatrı olan Aqustin Kosaçovun Buenos-Ayresdəki evində və klinikasında axtarış aparır.

Son aylarda Maradona ilə işləmiş həkim mərhum oyunçunun ölüm xəbəri açıqlanarkən evində olub.

Açar sözlər:

Oxunub: 497