Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladılıb, yaralananlar var


22:03     01 Dekabr 2020 20_12_01_1606845916.jpg

Əfqanıstanda Rusiya diplomatik missiyasının avtomobili partladılıb.

Femida.az -ın Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, paytaxt Kabulda Rusiya səfirliyinin yaxınlığında diplomatik missiyanın avtomobili kustar üsulla düzəldilmiş partlayıcı qurğu ilə partladılıb.

Nəticədə avtomobildə olan diplomatik missiyanın əməkdaşları yüngül beyin silkələnməsi travması alıblar.

İlkin məlumata görə, hədəf diplomatik missiyanın avtomobilinin qarşısında gedən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin pikapı tipli maşını olub. Lakin, bununla belə Rusiya diplomatlarının terror hücumuna məruz qaldığı istisna olunmur.

Rusiya tərəfi Əfqanıstandan insidenti dəqiq araşdırmağı və səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını üçün tədbirlərin görülməsini tələb edib.

Açar sözlər:

Oxunub: 254